İQTİSADİYYAT
Kür qəsəbəsi sayğaclaşdirilir
Bakı, 17 yanvar (AZƏRTAC). Şəmkir rayonunda istehlakçıların “smart-kart” tipli sayğaclarla təchiz olunması davam etdirilir. Rayon mərkəzi, Dəllər Cəyir və Dəllər Daşbulaq kəndləri artıq belə sayğaclarla təmin edilmiş, yeni transformator məntəqələri yaradılmış və açıq naqillər SİP kabeli ilə əvəz olunmuşdur. Hazırda rayonun Kür qəsəbəsindəki evlərdə sayğaclar quraşdırılır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, qəsəbədə və ətraf ərazidə 2 min 600-dən çox elektrik enerjisi istehlakçısı vardır. Yeni tipli sayğacların qoyulması ilə iki briqada məşğuldur. Gün ərzində orta hesabla 65-70 sayğac quraşdırılır. Eyni zamanda dayaqlar dəyişdirilir, SİP kabelləri çəkilir. Artıq 700-dən çox istehlakçı yeni sayğacla təmin olunmuşdur.
Kür qəsəbəsində və ətraf yaşayış sahələrində sayğaclaşdırma işləri yanvarın sonunadək başa çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [14:11]
Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb
- 09.12.2023 [12:53]
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
- 09.12.2023 [11:09]
Azərbaycan nefti bahalaşıb
- 09.12.2023 [10:29]