KÜRDƏMİR RAYONUNDA KARTOF YIĞIMI SÜRƏTLƏNİR
Kürdəmir rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri bu il 1.213 hektarda bol kartof yetişdirmişlər. Az vaxtda rayonda 700 hektardan çox sahənin məhsulu yığılmışdır. Hər hektardan orta hesabla 120 sentner kartof götürülür.
Kartofçuluqla daha çox məşğul olan Kürqırağı ərazilərdə daha yüksək məhsuldarlıq əldə edilir. Tədarük edilən məhsulun bir hissəsi bazarlara çıxarılır. Satış obyektlərində kartof bolluğunun yaradılması bu məhsulun qiymətinin xeyli ucuzlaşmasına səbəb olmuşdur.
İlkin proqnozlar bu mövsümdə rayonda 1.500 tonadək məhsul yığılacağından xəbər verir. Bu, ötən ildəki göstəricidən xeyli çoxdur.
Rayonda kartof yığımı davam edir.