Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Laçın, 28 may, AZƏRTAC

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar.

Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər YENİLƏNİB-2  VİDEO

Fikrət Məmmədov: Məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir

Afrim Qaşin: Parlament demokratiyası ölkələrimiz arasında davamlı münasibətlərin qurulmasında əsas vasitədir

“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına

UNEC “Times Higher Education Impact” reytinqində 801-1000-ci yerə yüksəlib

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

Gündüz Kərimov: Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb

Milli Məclisin sədri Sahibə Qafarovaya QDİƏT PA-nın fəxri medalı təqdim olunub

® “Aqualink” məşhur Almaniya şirkəti ilə birgə su ehtiyatlarından səmərəli istifadə həlləri təklif edəcək

XİN başçısının müavini: Azərbaycan və Türkmənistan arasında əlaqələr qarşılıqlı olaraq inkişaf edir

Səbinə Əliyeva: Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür

Ombudsman: Tarixi Qələbə Azərbaycanı daha güclü və nüfuzlu dövlətə çevirdi

Rusiyanın Sankt-Peterburq şəhərində Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayıb

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

UFC döyüşçüsü: “Qarabağ”ın formasını özümlə ABŞ-a aparacağam

Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Moskvada Azərbaycan hökumətinin dəstəyi ilə nəşr olunan “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı keçirilib

Azərbaycan ilə Maldiv vətəndaşları qarşılıqlı viza tələbindən azad edilir

Ombudsman: Ölkəmiz işğalçılıq və etnik təmizləmə siyasətinin fəsadlarından hələ də əziyyət çəkməkdədir

Fuad Ələsgərov: Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir YENİLƏNİB

Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Avropa Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olacaq

İnam Kərimov: Məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək

Şalva Papuaşvili: Türkiyə ilə möhkəmlənən münasibətlər Gürcüstan üçün çox dəyərlidir

AMEA-da belaruslu alimlərlə görüş keçirilib

Nataliya Kiselova: Qara dəniz regionunda davamlı inkişaf yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Bolqarıstana keçib

Azərbaycan ilə Türkiyə arasında qabaqcıl təhsil ənənələrinin öyrənilməsi müzakirə edilib

Milli Məclisin sədri: Azərbaycanın QDİƏT PA-nın plenar iclasına ev sahibliyi etməsi region ölkələri ilə əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir

Zelim Kotsoyev dünya çempionatında mübarizəyə başlayır

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Tofiq Musayev: UFC-də Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam

Antonio Quterreş: Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində YT Parkda görüş keçirilib

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Cövdət Hacıyev

Avstriyalı döyüşçü: Bakıdakı UFC turnirin bir parçası olacağım üçün xoşbəxtəm

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir

İTSDA: Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara 1480-dən çox ilkin hemodializ xidməti göstərilib

Azərbaycan və Türkiyə arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçirilir

QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Fəxri xiyabanı ziyarət edib

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

FHN “Dənizdə neft dağılmalarının ləğvi” mövzusunda taktiki təlim keçirib

Polis kvadrosikllarla bağlı xəbərdarlıq edib

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Uşaqlarda çəki artımı boyu uzadır, amma piylənmə riski yaratmır - ARAŞDIRMA

Böyük Britaniyada dəniz küləyi sahəsinə 400 milyon funt sterlinq sərmayə yatırılacaq

Uzun zaman aktiv olmayan peyk qeyri-adi radiosiqnal göndərib

Böyük Britaniya qanunsuz miqrasiyaya qarşı sərt addımlar atmağa hazırlaşır

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Orqan zədələnməsinin erkən aşkarlanmasında qan testi yeni üfüqlər açır - TƏDQİQAT

13 yaşlı Ağdam sakini: Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm

Keçmiş məcburi köçkün: 32 ildən sonra Kəngərliyə qayıtmaq gözlədiyim ən böyük sevincdir

Rusiya Prezidenti beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Böyük Qayıdış: Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb VİDEO

Böyük Qayıdış: Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb VİDEO

UNFCCC-nin Katibliyinin üzvü: COP29-un Sədrliyi COP30-un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

Qazaxıstan Kurık limanında Çinlə birgə yük terminalı yaratmağı təklif edir

Natley Vilyams: Azərbaycan artıq iqlim dəyişikliyi üzrə danışıqlarda öz imzasını qoyub

Əlyazmalar İnstitutunda Qasım bəy Zakirin irsinə həsr olunmuş elmi sessiya keçirilib

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Türkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Bonnda İyun İqlim Sammitinin gündəliyi təsdiqlənib

Avstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Höteborq müsəlmanları təhqiredici görüntülərə görə üzr istənilməsini tələb edirlər

Saymon Stil: İqlim çoxtərəfliliyi son COP-larda mühüm irəliləyişlərlə nəticələnib

Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək

"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq

Klublararası dünya çempionatında növbəti oyun keçirilib

“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Qarsda Türkiyə ilə Azərbaycan arasında sərhəd əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub

"Qarabağ" braziliyalı futbolçunu transfer edib

UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib

Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib

Dövlət Komissiyası: İtkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq

Gəncənin ictimai nəqliyyatında çalışmaq üçün müraciət edənlərin sayı açıqlanıb

AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib

Bəzi marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir

Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib VİDEO

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib VİDEO

İqtisadi fəal əhalinin sayı açıqlanıb

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb