Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında tikilən yeni məscid işğaldan azad edilən ərazilərdə ən böyük məscidlərdən biri olacaq FOTO

Laçın, 30 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi də xüsusi nəzarətdə saxlanılır. Hazırda Laçın şəhərində inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq.

Erməni vandalizmi Laçındakı ibadət ocaqları, məscid və digər abidələrdən də yan keçməyib. Erməni işğalı zamanı daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilməyə və dünyaya erməni xalqının yazılı abidələri kimi təqdim edilməyə cəhd olunub. Torpaqlarımız azad olunduqdan sonra isə yaşayış yerləri və digər infrastruktur işləri ilə paralel, sözügedən dini abidələrin, məscidlərin, məbədlərin bərpası və yenidən inşası da xüsusi diqqətdə saxlanılır. Hazırda Laçın şəhərində yeni məscid inşa olunur.

“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Laçın rayonu ərazisində çoxlu sayda məscid, məbəd inanc yerləri olub, lakin işğal zamanı sözügedən tikililər ermənilər tərəfindən dağıdılıb. Hazırda işğaldan azad olunan ərazilərdə ən böyük məscidlərdən biri məhz Laçında inşa olunur. Məscid kompleksinin ərazisi 1 hektara yaxın sahəni əhatə edəcək.

“Relyefə uyğun inşa edilən məscid iki mərtəbədən ibarət olacaq, birinci mərtəbədə texniki otaqlar yer alacaq. İkinci mərtəbə isə birbaşa məscidin qarşısındakı eyvana açılacaq ki, bu da əhalinin rahat ibadəti üçün məscidə girişi təmin edəcək. Məsciddə qadınlar və kişilər üçün ayrıca ibadət zalları, dəstəmaz otaqları olacaq. 600 kvadratmetrə yaxın sahəsi olacaq məscid binası 16 metr hündürlükdə bir günbəz və hər biri 24 metr hündürlükdə iki minarə ilə layihələndirilib. Məscid şəhərin hər yerindən görünəcək və azan səsinin şəhər ərazisinə daha rahat yayılmasına imkan yaranacaq. Məscid şəhərin qərb hissəsində girişdə magistral yolun kənarında yerləşir ki, bu da şəhərə gələn turist və qonaqların burada rahat ibadət etməsi üçün nəzərdə tutulub”, - deyə Elnur Abdullayev əlavə edib.

Laçında inşa edilən məscidin tikintisində iştirak edənlər də elə laçınlılardır. Söhbət etdiyimiz Zöhrab Hüseynov 31 il Laçına həsrət qalsa da, artıq doğma yurduna qovuşub: “Ailəmlə birlikdə Laçından məcburi köçkün düşəndə 16 yaşım var idi. İllərlə həsrətində olduğumuz Laçına məhz Ali Baş Komandan İlham Əliyevin və güclü ordumuzun sayəsində qayıda bildik. Hazırda Laçının abadlaşmasında, yenidən qurulmasında iştirak etdiyim üçün qürurluyam. Həm də məscidin inşa olunmasında çalışmaq özü də bir fəxrdir. Burada həmyerlilərimlə birlikdə çalışırıq”.

İlkin Mirzəzadə də əslən Laçındandır. O, 2000-ci ildə dünyaya göz açıb, Laçın haqqında yalnız valideynlərindən və böyüklərdən məlumat alıb. “Şəhərimiz, dağlarımız gözəldir. Laçına ilk dəfə gəldiyimdə sanki yuxuda idim. Laçın, sözün əsl mənasında, gözəlliyi ilə göz oxşayır. Şəhərdə bütün şərait yaradılıb, evlər bərpa olunur, yeni evlər tikilir, yollar abadlaşdırılır, iş yerləri açılır”, - deyə o əlavə edib.

Məscidin inşasında çalışan işçilərdən biri də Şakir İsmayılovdur. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən Şakir indi Laçının abadlaşması üçün çalışır: "Bizlər Laçınımıza qovuşacağımız günü səbirsizliklə gözləyirdik. Laçın uğrunda döyüşlərdə iştirak etdiyimiz zaman hətta 14 gün mühasirədə qaldıq, qeyri-bərabər qüvvə ilə şəhəri qorumağa çalışırdıq, lakin təəssüf olsun ki, həmin vaxt Laçını itirdik. İndi Laçınımıza qovuşmuşuq, bu xoşbəxt günlərə görə Prezident İlham Əliyevə, Ordumuza minnətdarıq. Laçında yaşamaq və burada çalışmaq bizlər üçün həyatımızın ən gözəl günlərinin yenidən başlanması deməkdir".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub

Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib

Volodimir Zelenski: Ukrayna atəşkəsə hazırdır, lakin ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq

Kiyev və Vaşinqton Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalayıblar

Gürcüstanda xarici qrantları qadağan edən qanun qüvvəyə minib

İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb

BMT: Üç illik danışıqlardan sonra ölkələr pandemiyalar haqqında tarixi saziş imzalayıblar

Konfrans Liqasında yarımfinalçılar bəlli olub

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub

Azərbaycanın diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər

İraqda qum fırtınası səbəbindən yaralananların sayı 3700-ə çatıb

Belarusun Azərbaycandakı səfiri: Minsk və Bakı arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Rusiya XİN: Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Aİ-nin Ermənistandakı missiyasından istifadə etməyə çalışır

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub

Tramp İtaliyaya səfər edəcək

Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub

ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var

Tramp Aİ ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb

Almaniya müharibəyə başlayandan sonra Ukraynaya 28 milyard avroluq hərbi yardım göstərib

Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib

Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib

Gəncədə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi təşkil edilib VİDEO

Gəncədə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi təşkil edilib VİDEO

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ VİDEO

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ VİDEO

Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub

Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb

Təhsil ixtisasları üzrə işçi qrupunun üçüncü iclası keçirilib

Ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu Ankarada geniş müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

BDU-nun Şərqşünaslıq fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Buraxılış imtahanında yüksək nəticə göstərən Səma İsmayılova: Maliyyə ixtisası üzrə təhsil almaq istəyirəm

Ceyhun Bayramov Fələstin səfiri ilə Yaxın Şərqdə, xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə edib

Professor Nigar Vəliyevanın “English through Functional Styles” kitabı çapdan çıxıb

Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Sahibə Qafarova: Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır

Azərbaycan-Sloveniya biznes-forumu keçirilib

BDU-da oxucu məmnunluğu probleminin sosial-fəlsəfi mahiyyəti araşdırılıb

Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klub açıqlanıb

300 bal toplayan naxçıvanlı şagird: Məqsədim maliyyəçi olmaqdır

Belarusun Azərbaycandakı səfiri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Azərbaycan və Özbəkistan birgə layihələrin icrası barədə fikir mübadiləsi aparıb

Azərbaycanla Çin arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb VİDEO

Azərbaycanla Çin arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb VİDEO

Ukraynanın yüksəksəviyyəli nümayəndə heyəti Qərb rəsmiləri ilə danışıqlar aparmaq üçün Parisdədir

Şabranda seldə batan daha bir nəfərin meyiti aşkarlanıb

Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib

Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində əməkdaşlığı böyük perspektivlər vəd edir  ŞƏRH

“Kimya və kimya texnologiyası” mövzusunda IV respublika elmi konfransı keçirilir

FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb

Parlamentin komitə sədri: Azərbaycan-Gürcüstan əməkdaşlığı region üçün yeni perspektiv imkanlar təqdim edir

Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar

İdxalda aşkar olunan uyğunsuzluqla bağlı bəzi ölkələrin müvafiq qurumlarına bildirişlər göndərilib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Slovakiyanın müdafiə sənayesi müəssisələrində və təlim mərkəzində olub

Müxtəlif ölkələrdəki Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib

Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun buraxılmasının zəruri olduğunu bəyan edib

Azərbaycan-Gürcüstan münasibətləri regional sabitliyin dayanıqlı təməlidir - ŞƏRH

“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcək

Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır

Saatlının Əlisoltanlı kənd məktəbinin şagirdi buraxılış imtahanında maksimum bal toplayıb

Sloveniya nümayəndə heyəti Bakı DOST Mərkəzinin fəaliyyəti ilə tanış olub

® “Azercell”in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirilib

Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir - ŞƏRH

Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var

Psixoloq: Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur - MÜSAHİBƏ

Şahin Diniyev: Fikrimcə, Çempionlar Liqasının finalında “Barselona” – “Arsenal” oyununu izləyəcəyik

Avropa Komissiyası Altsheymer xəstəliyinə qarşı yeni dərmanın istifadəsinə icazə verib

Rusiya XİN: Moskva Cənubi Qafqazda kommunikasiyaların açılmasına kömək etməyə hazırdır

Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan XİN nümayəndələrinin üçtərəfli görüşü keçirilib  YENİLƏNİB

“Fənərbağça”nın çalışdırıcısı Avroliqada ilin ən yaxşı baş məşqçisi seçilib

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU ilə Pekin Kimya Texnologiya Universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon manatı ötüb

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-Gürcüstan münasibətləri qonşu Ermənistan üçün nümunə olmalıdır - ŞƏRH

® “ABB”nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

® “Expressbank” uşaqların maliyyə savadlılığına töhfə verir

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanla Efiopiya arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

® “Ziraat Bank Azərbaycan” ABA tərəfindən yenidən 5 nominasiya üzrə mükafatlandırılıb

Yağışlı aprelin günəşli “Ulduzu”

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

AzMİU-da Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyası fəaliyyətə başladı

Şərurda texnika istifadəçilərinə səyyar xidmət göstərilib

Karlo Ançelotti mövsüm başa çatmamış “Real Madrid”dən istefaya göndərilə bilər

Maka Boçorişvili: Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlıq son dərəcə zəruridir

Azərbaycan və Serbiyanın Hərbi Hava qüvvələrinin komandanları görüşüb

AMEA ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Başlıbelin yenidən cənnətə çevriləcəyi gün uzaqda deyil - ŞƏRH