Lahıc folklor kollektivinə “Xalq kollektivi” statusu verilib
İsmayıllı, 30 aprel, AZƏRTAC
Azərbaycan xalq yaradıcılığı olduqca zəngindir və qədim tarixə malikdir. Bu gün qeyri-maddi mədəni irsimizə daxil olan xalq yaradıcılığı nümunələrinin qorunması, zənginləşdirilməsi və təbliğində bədii özfəaliyyət kollektivlərinin, dərnəklərin və birliklərin xüsusi rolu var. Bu baxımdan İsmayıllı rayonundakı Lahıc folklor kollektivi də geniş yaradıcılıq imkanlarına malikdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı əmrlə Lahıc folklor kollektivinə “Xalq kollektivi” statusu verilib.
Lahıc sakinləri xalq yaradıcılığının folklor istiqamətinə verilən yüksək qiymətə görə razılıqlarını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [15:40]