Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laqodexidə yaşayan azərbaycanlılar bölgənin inkişafında mühüm rol oynayırlar

Tbilisi, 25 yanvar, AZƏRTAC

Gürcüstanın əsrarəngiz təbiətə, zəngin fauna və floraya, böyük iqtisadi potensiala, coğrafi və siyasi əhəmiyyətə malik regionlarından biri də Kaxeti bölgəsinin Laqodexi rayonudur. Kiçik Qafqaz sıra dağlarının ətəyində, Alazan çayının vadisində yerləşən Laqodexi rayonu Azərbaycanın Balakən rayonu ilə həmsərhəddir. Laqodexinin “Leketi” sözündən yarandığı və leklərin vətəni mənasını verdiyi bildirilir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu ehtimal olunur.

Rayonun Qabal kənd sakini, 83 yaşlı ağsaqqal Namaz Nəbiyev deyir ki, leklər Alazan çayının sağ sahilində yaşayıblar. Gürcülər ləzgilərdən başqa avarları da lek adlandırırlar. Sonralar bu ərazidə gürcülərin güclü dövlət qurması ilə ləzgilərin çoxu buradan köçüblər. Bölgənin adı da Leketidən Lekoyetiyə, Leqodetiyə çevrilərək sonda indiki Laqodexi adını alıb.

Şəhər olaraq Laqodexinin əsası VIII əsrdə gürcü çarı Arçilin Lakuasti qalasının tikilməsi ilə qoyulub. Laqodexi əhalisinin çox hissəsini gürcülər təşkil edir. İkinci böyük etnos isə ərazinin 22,3 faizini əhatə edən azərbaycanlılardır. Azərbaycanlı əhalinin sayının 12 mindən çox olduğu bildirilir.

N.Nəbiyevin sözlərinə görə, azərbaycanlılar ən çox Laqodexinin Qabal kəndində yaşayırlar. Qabal çayının sağ sahilində yerləşən kənd əhalisinin sayı 4 minə yaxındır. Qabala bitişik olan ikinci böyük kənd Gəncəli kəndidir. Bu kənddə 3 minə yaxın soydaşımız yaşayır. Azərbaycanlıların daha çox yaşadıqları üçüncü kənd Qaracala (2600 nəfər əhali), dördüncü isə Uzuntala kəndidir (2300 nəfər). Bu kəndlərdə 5 məktəb var. Onlardan ikisi tam icbari orta məktəb, digər üçü isə 9 illik baza məktəbidir.

Qeyd etmək lazımdır ki, regionda yaşayan soydaşlarımız Azərbaycan xalqının milli adət-ənənələrini yaşadır və təbliğ edirlər. Rayon rəhbərliyinin və digər milli azlıqların nümayəndələrinin iştirakı ilə Novruz bayramı, ümummilli lider Heydər Əliyevin doğum günü, 28 May Respublika Günü, Bayraq Günü və digər bayramlarımız təntənə ilə qeyd olunur. Azərbaycan xalqının milli matəm və hüzn günləri - 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı məktəblərdə, klub və digər inzibati binalarda anım tədbirləri də keçirilir. Belə tədbirlərdən biri də bu günlərdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, ilk dəfə rayon bələdiyyəsinin inzibati binasında keçirilib. Ümumiyyətlə götürdükdə soydaşlarımız Laqodexi bələdiyyəsinin əhalisinin təxminən 25 faizini təşkil edir.

Laqodexi rayonu kənd təsərrüfatı, xüsusən də heyvandarlıq və üzümçülük üçün çox əlverişlidir. Qabal və digər kəndlərin əhalisi də əsasən heyvandarlıqla məşğul olurlar. Azərbaycanlılar ümumi əhalinin 25 faizini təşkil etsələr də, rayonun, eləcə də bütün regionun inkişafında mühüm rol oynayırlar. Rayon rəhbərliyi, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyi bu bölgədə də tez-tez olur, soydaşlarımızın qayğıları, problemləri ilə maraqlanırlar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin Laqodexi rayonundan olan deputatı Quram Maçaraşvili, Laqodexi bələdiyyəsinin sədri Kaxa Camburiya və digər rəsmi şəxslərin Qabal kəndində ictimaiyyət nümayəndələri ilə görüşündə də soydaşlarımızın bölgənin inkişafındakı rolu xüsusi qeyd olunub.

Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salınıb, əlaqələrimizin inkişafında siyasi liderlərimizin rolu xüsusi qeyd olunub.

Deputat Quram Maçaraşvili deyib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Dövlətlərimizin birgə həyata keçirdikləri irimiqyaslı enerji və nəqliyyat layihələri xalqlarımızın rifah halının yaxşılaşmasında, dövlət müstəqilliyimizin möhkəmlənməsində, regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Sonra deputat soydaşlarımızın üzləşdikləri problemlərin həlli ilə bağlı fikirlərini bölüşüb, yerli icmaların köməyi ilə bir sıra vacib layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr mövcud problemlərin həllinə imkan yaradacaq.

Bələdiyyə sədri K.Camburiya bildirib ki, Laqodexidə yaşayan azərbaycanlılar bu bölgənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. Gürcüstan hökuməti azərbaycanlıların sosial problemləri və qayğıları ilə daim maraqlanır, onların həllinə çalışır.

Bələdiyyə sədri rayonun sosial-iqtisadi inkişafında Qabal kəndinin və soydaşlarımız yaşayan ətraf kəndlərin rolunu yüksək qiymətləndirib. O, yerli icmalara mövcud problemlərin həlli və daha böyük inkişafa nail olmaq üçün yeni layihələr hazırlamağı tövsiyə edib. Bildirib ki, bələdiyyə azərbaycanlılar tərəfindən hazırlanacaq layihələrin həyata keçirilməsinə yardım göstərməyə hazırdır.

Səfir Dursun Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə münasibətlərimiz yeni müstəvidə daha da genişlənib və inkişaf edib. Dünya şöhrətli siyasi xadimlər Heydər Əliyevin və Eduard Şevardnadzenin yorulmaz səyləri nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan və Gürcüstan dünya dövlətləri sırasında layiqli yerlərini tutublar.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin soydaşlarımıza xüsusi qayğısından danışan diplomat qeyd edib ki, son illərdə Azərbaycan dövlətinin köməyi ilə Gürcüstanın bir sıra bölgələrində sosial layihələr həyata keçirilib. Bu layihələr təkcə soydaşlarımızın deyil, gürcü ictimaiyyətinin də sosial rifah halının yaxşılaşmasında çox mühüm rol oynayıb.

Səfir bildirib ki, bu gün Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı Tbilisi-Qars dəmir yolu layihələri regionun inkişafında mühüm əhəmiyyət kəsb edir. TAP və TANAP kimi layihələr xalqlarımızın rifahının daha da yaxşılaşmasına xidmət göstərəcək.

Diplomat vurğulayıb ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında ilk yerlərdən birini tutur. Laqodexi bölgəsində müxtəlif sahələrə də sərmayə qoyuluşu üçün imkanlar axtarılır.

Söhbət zamanı bildirilib ki, gürcü və Azərbaycan xalqlarının tarixi dostluq bağlarının möhkəmləndirilməsi istiqamətində yerli icma üzvlərinin yardımı ilə bir çox uğurlu layihələr həyata keçirə bilərlər.

Soydaşlarımız milli-mədəni dəyərlərini qorumaq şərti ilə cəmiyyətə inteqrasiya prosesində fəal iştirak edə bilərlər.

Rayon bələdiyyəsinin sədri K.Camburiya Laqodexidə Azərbaycan sərmayədarları üçün geniş imkanlar olduğunu vurğulayıb və azərbaycanlı iş adamlarını bölgəyə dəvət edib.

Sonra çıxış edənlər Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin əhəmiyyətindən danışıblar.

Görüşdə gənclərin asudə vaxtlarının təşkili üçün müasir tipli idman komplekslərinin, mədəniyyət ocaqlarının yaradılması, məktəblərin təmiri və s. məsələlər barədə fikir mübadiləsi aparılıb, təkliflər səslənib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI