Latviya hökuməti miqrantların cəmiyyətə inteqrasiyasını sürətləndirən müsabiqə elan edib
Riqa, 8 iyun, AZƏRTAC
Latviyanın Mədəniyyət Nazirliyi bu ölkədə yaşayan üçüncü ölkə (Avropa İttifaqına üzv olmayan) vətəndaşları üçün tədbirlər təşkil edəcək qurumun seçilməsi üçün müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, keçiriləcək tədbirlərin ümumi məqsədi Latviyada qanuni yaşayan və işləyən üçüncü ölkələrin vətəndaşlarının yerli cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir. Habelə hər iki tərəf arasında ictimai anlayış və konstruktiv dialoq yaratmaq, medianın üçüncü ölkə vətəndaşlarının sosial iştirakına dair məlumatların əldə olunmasına imkanları artırmaqdır.
Müsabiqə çərçivəsində müəyyən bir qurum tərəfindən təqdim edilən bir layihə 30 min avrodan 435 min avroya qədər maliyyələşdirilə bilər. Vəsait Avropa İttifaqının Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondu (75 faiz) və dövlət büdcəsindən (25 faiz) ayrılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]