Latviya nümayəndəsi “Eurovision-2019” müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək
Riqa, 29 yanvar, AZƏRTAC
Latviya milli “Eurovision” müsabiqəsinin mətbuat katibinin AZƏRTAC-a verdiyi məlumata görə, “Eurovision-2019” müsabiqəsinin bu ilin baharında Təl-Əvivdə keçiriləcək ikinci yarımfinalında Latviya da iştirak edəcək.
“Supernova 2019” adlı milli müsabiqə hələ davam edir. Ona görə də “Eurovision-2019” müsabiqəsində Latviyanı təmsil edəcək mahnı və ifaçı hələ məlum deyil.
Mayın 16-da keçiriləcək ikinci yarımfinalda Latviyanın rəqibləri Azərbaycan, İsveçrə, İsveç, İrlandiya, Avstriya, Moldova, Rumıniya, Danimarka, Ermənistan, Albaniya, Makedoniya, Norveç, Rusiya, Niderland, Xorvatiya, Litva və Malta olacaq.
Birinci yarımfinal mayın 14-də keçiriləcək.
Aygün Əliyeva
AZƏRTAC -ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]