Latviyalı nazir: “Caspian Agro” sərgisinin iştirakçıları Azərbaycan məhsullarının geniş çeşidi ilə tanış olmaq imkanı əldə edirlər VİDEO

Bakı, 13 may, AZƏRTAC
Bu sərgi fermerlər üçün böyük əhəmiyyət kəsb edir və aqrar sahədə çalışanlara başqa ölkələrin nümayəndələri ilə müzakirə platforması yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze “InterFood Azerbaijan” 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi və “Caspian Agro” 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
Latviyalı nazir bildirib: “İnanıram ki, “Caspian Agro”nun əsas elementlərindən biri həm də sərginin bütün iştirakçılarının Azərbaycan məhsullarının çeşidləri ilə tanış olmaq, onları dadmaq və istehsal prosesini görmək imkanına malik olmasıdır. Sizdə çox yaxşı kənd təsərrüfatı məhsulları var, mən hər səfərimdə özüm də onları sınaqdan keçirirəm. İstərdim ki, Latviyada daha dadlı kənd təsərrüfatı məhsulları olsun. Bakı sizin səfər edəcəyiniz lazımlı bir məkandır, burada məhsulların ticarəti ilə məşğul olan, beləliklə də əməkdaşlıq qura biləcəyiniz firma və ya şirkət tapmaq olar”.