CƏMİYYƏT
Layla Sabeel: COP29 Azərbaycanın uğurlu nəticənin əldə olunması üçün böyük səylərini açıq şəkildə nümayiş etdirir
Bakı, 13 noyabr, AZƏRTAC
COP29 sammiti Azərbaycanın iqlim danışıqları prosesində uğurlu nəticənin əldə olunması istiqamətində sərf etdiyi böyük səyləri açıq şəkildə nümayiş etdirir. Biz hər kəsin razılığı ilə nəticələnəcək qərarların qəbul olunmasını dəstəkləyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bəhreyn Krallığının Ali Ətraf Mühit Şurasında İqlim dəyişiklikləri və davamlı inkişaf üzrə direktoru Layla Sabeel söyləyib.
“Bakıda keçirilən tədbirin təşkilatçılığı yüksək səviyyədədir. Mən ilk dəfə keçirilən COP tədbirinin hazırlıq mərhələsində iştirak etmişəm və həmin hazırlıqlar indiki tədbirə də yüksək səviyyədə təsir göstərib. Logistika, mədəniyyət, qonaqpərvərlik və ölkənin təqdimatı baxımından bu tədbir çox peşəkar və uğurlu hazırlanıb. Tədbir iştirakçılarına göstərilən qayğı Azərbaycan tərəfindən iqlim dəyişikliyi təşəbbüslərinə verilən dəstəyin nümunəsidir”, - deyə o əlavə edib.