“Lənkəran payızı” VI folklor festivalına yekun vurulub
Lənkəran, 7 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ənənəvi “Lənkəran payızı” VI folklor festivalı və III “Bizim qala” diyarşünaslıq sərgisinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun mədəni-maarif müəssisələrində folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması, eləcə də şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi daşıyan diyarşünaslıq sərgisində 45, folklor festivalında isə 50 klubun folklor kollektivləri istedad və bacarıqlarını nümayiş etdiriblər.
Bədii özfəaliyyət kollektivləri musiqi, rəqs, oyunlar və bədii qiraət nominasiyası üzrə çıxış ediblər. Diyarşünaslıq sərgisinin və folklor festivalının qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.