LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI TÜRKİYƏLİ İŞ ADAMLARI İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov mayın 23-də türk liseyində keçirilən məzun günündə iştirak edən 9 nəfər türkiyəli iş adamı ilə görüşmüşdür.
Qonaqlara rayonun coğrafi mövqeyi, iqlim şəraiti və əhalinin məşğulluğu barədə məlumat verən S.Mikayılov, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, Lənkəranda aparılan quruculuq işlərindən danışmış, turizm sektorunda fəaliyyət göstərmək üçün hər cür münbit şəraitin olduğunu diqqətə çatdırmışdır.