LƏNKƏRAN ŞƏHƏRİNDƏKİ DAİRƏVİ QALA ƏSASLI TƏMiR EDiLiR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci 14 sentyabr il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq Lənkəran rayonunda turizm-informasiya və əl sənətkarlığı nümunələri mərkəzinin yaradılması məqsədilə şəhərdəki VIII əsrin yadigarı olan Dairəvi Qala əsaslı təmir edilir.
İstehkam məqsədilə tikilmiş qalanın yalnız bir hissəsi bu günə qədər mühafizə olunmuşdur. Burada “Lənkəran qalası” kompleksinə daxil olan “Mayak”la birləşən yeraltı keçid də mövcuddur. Çar Rusiyası zamanı qaladan həbsxana kimi istifadə edilmişdir.
Hüddürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətraflarda 2,8 metr, yuxarıda isə 1,5 metr olan qalanın bərpası üçün dövlət tərəfindən vəsait ayrılmışdır. Üçmərtəbəli mədəniyyət abidəsinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]