CƏMİYYƏT
Lənkəranda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölmüşdür
Bakı, 13 avqust (AZƏRTAC). Lənkəran rayonunun ərazisində Yasər Hüseynzadənin idarə etdiyi “VAZ-21154” və Masallı rayon sakini İlham Murtuzayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Murtuzayevin sərnişini Nəzər Əliyev hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmişdir. İ.Murtuzayev xəstəxanada dünyasını dəyişmişdir.
Səbail rayonunun ərazisində isə Bakı şəhər sakini Yaşar Əsgərov idarə etdiyi “Mitsubishi” markalı avtomaşınla Sergey Vnuçkovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmamışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.