Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB




Lənkəran, 19 mart, AZƏRTAC
Lənkəran rayonunun Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər.
Qeyd edək ki, günorta saatlarında güclü külək nəticəsində iri gövdəli ağac aşaraq elektrik xətlərində problem yaratmışdı. Aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülərək işıqsız qalan kəndə elektrik enerjisinin verilişi bərpa edilib.
12:33
Lənkəranda ağac magistral yola aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu səhər Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb. Nəticədə kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, abonentlər işıqsız qalıb.
Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır.
Qeyd edək ki, hazırda rayon ərazisində külək səngiyib. Günəşli hava müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [20:35]
Qaxda “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
- 25.04.2025 [18:30]
Tərtərdə ağacəkmə aksiyası keçirilib
- 25.04.2025 [18:25]
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
- 25.04.2025 [17:50]
Şəki teatrında Bəxtiyar Vahabzadənin əsəri səhnələşdirilir
- 25.04.2025 [17:27]