Lənkəranda sanitariya-gigiyena qaydalarını pozan obyektlərin sahibləri cəzalandırılıb

Bakı, 11 iyun, AZƏRTAC
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.
Su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materiallar aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb
- 27.04.2025 [23:03]
Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
- 27.04.2025 [22:45]
"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb
- 27.04.2025 [22:36]
Mstislav Rostropoviçin anım günü ilə əlaqədar onlayn fləş-mob keçirilib
- 27.04.2025 [22:29]
Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb
- 27.04.2025 [21:53]
“Liverpul” 20-ci dəfə İngiltərə çempionu olub
- 27.04.2025 [21:25]
İtaliya A Seriyası: "Milan" qalib gəlib, "İnter" öz meydanında uduzub
- 27.04.2025 [20:42]
Hamburqda keçirilən ənənəvi marafona 40 minə yaxın iştirakçı qatılıb
- 27.04.2025 [20:18]
Premyer Liqa: “Araz-Naxçıvan” autsayderlə oyunda xal itirib
- 27.04.2025 [19:34]
Xəzər dənizində zəlzələ olub
- 27.04.2025 [19:21]