CƏMİYYƏT
Lənkəranda üç avtomobilin toqquşması bir nəfərin ölümünə səbəb olmuşdur
Bakı, 1 oktyabr (AZƏRTAC). Lənkəranda rayon sakini Kamran Abdullayevin idarə etdiyi “VAZ-21013”, Lerik rayon sakinləri Zamiq Hüseynovun idarə etdiyi “KamAZ” və Sarvan Babayevin sürdüyü “UAZ-469” markalı avtomaşınlar toqquşmuşdur.
Qəza nəticəsində xəsarət almış K.Abdullayev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
İmişli rayon sakini Qəzənfər Ağayevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın isə Sabirabad rayonunun ərazisində aşmışdır.
Sürücü hadisə yerində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisələrlə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]