Lənkəranda “Vətənim Azərbaycan” intellektual oyununun final mərhələsi başa çatıb
Astara, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonunun Şilavar kənd sakini Famil Məmmədovun “Vətənim Azərbaycan” intellektual oyunu layihəsi çərçivəsində keçirilən final oyunları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin cənub bölgəsini təmsil edən 6 komandanın iştirak etdiyi final oyunlarında Lənkəranın “Therion” komandası birinci, “Aysberq” komandası ikinci, Astaranın “Zəfər” komandası üçüncü, “Gələcəyin ümidləri” komandası dördüncü yerlərə layiq görüblər.
Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.