LERİKDƏ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Abidənin önünə gül dəstələri qoyulduqdan sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək əlamətdar yubileylə əlaqədar həyata keçirilmiş tədbirlərdən danışmış, böyük rəhbərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini xatırlatmışdır. Natiq ölkəmizin başçısının ucqar dağ rayonu olan Lerikə göstərdiyi qayğını minnətdarlıqla yada salmışdır.
Mərasimdə ümummilli liderimizin anadan olmasının 85 illiyi ilə əlaqədar rayonda keçirilmiş inşa, rəsm müsabiqələrinin, mini-futbol və şahmat yarışlarının qaliblərinə fəxri fərmanlar, diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin bayram konserti ilə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]