CƏMİYYƏT
Leslie Schultz: COP29-da yerli xalqların maliyyə kompensasiyası məsələsində ədalətli nəticələr əldə etməsinə ümid bəsləyirəm
Bakı, 13 noyabr, AZƏRTAC
COP29-da yerli xalqların maliyyə kompensasiyası məsələsində ədalətli nəticələr əldə etməsinə ümid edirəm. Bu addımın yerli icmalara müsbət mesaj göndərəcəyinə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Avstraliya Yerli Xalqlar Təşkilatının İdarə Heyətinin üzvü Leslie Schultz söyləyib.
O, tədbirin müsbət atmosferindən və burada yerli xalqların təmsil olunmasından məmnunluğunu vurğulayıb: “Konfrans iştirakçıları arasında səmimi münasibət var və bu tədbir olduqca yaxşı təşkil edilib”.