CƏMİYYƏT
Liberiyalı nümayəndə: Ümid edirik ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar
Bakı, 11 noyabr, AZƏRTAC
Dünyada böyük çağırışlar var. Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti ayrılar.
Bunu AZƏRTAC-a müsahibəsində Liberiya nümayəndə heyətinin üzvü Meapeh Kou Qono eyib. O bildirib ki, 5 və ya 6 milyard dollar məbləğində vəsait toplamaq üçün Azərbaycanda keçirilən COP29 mühüm rol oynayar: “Mən Qərbi Afrikadan gəlirəm. Karbon emissiyalarının azaldılması, meşə sahələrinin getdikcə azalması kimi problemlərimiz var”.
“Azərbaycanda möhtəşəm qonaqpərvərliklə qarşılaşdıq. Tədbir çox müasir şəkildə təşkil olunub. Burada çox rahat hərəkət edə bilirik”, - deyə Meapeh Kou Qono qeyd edib.