Lionel Messi son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur
Bakı, 5 aprel, AZƏRTAC
İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Avropanın 5 çempionatı arasında son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu son beş mövsümdə cərimə zərbəsindən 20 qol vuraraq bu nəticə ilə birinci olub. “Yuventus”un bosniyalı yarımmüdafiəçisi Miralem Pyaniç 11 qolla ikincidir. İlk üçlüyü “Yuventus”un hücumçusu Paulo Dibala 9 qolla tamamlayıb. Dördüncü və beşinci pillələrdə “Valensiya”nın yarımmüdafiəçisi Daniel Parexo (9 qol) və “Yuventus”un hücumçusu Kriştianu Ronaldo (4) qərarlaşıblar.
Qeyd edək ki, Lionel Messi cari mövsümdə cərimə zərbəsinin 7-ni dəqiq yerinə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]