LİTVA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN DÖVLƏTLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR
Litvalı deputat ölkəsinin Avropa İttifaqının üzvü kimi bu münaqişənin həllində Azərbaycana kömək etməyə hazır olduğunu bildirmişdir.
Azərbaycana səfərlərinin məqsədinə toxunan Y.Karosas demişdir ki, məqsəd parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Hazırda hökumətlərimiz arasında münasibətlər daha yüksək səviyyədədir. Ölkələrimizin qanunverici orqanları arasında olan əlaqələri də bu səviyyəyə çatdırmaq lazımdır.
Litva Seyminin xarici işlər daimi komitəsinin sədri Bakıda keçirəcəyi görüşlərdə Azərbaycanın Avropaya inteqrasiyasına, habelə Litvanın Cənubi Qafqaz regionu ilə əlaqələrinin inkişafında Azərbaycanın köməyindən bəhrələnmək imkanlarına dair müzakirələr aparacaqlarını demişdir.