Litva şirkəti ilə “Araz Vadisi İqtisadi Zonası”nda həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub

Bakı, 19 may, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın “Dominari” şirkətinin nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şirkət təmsilçilərinə ölkəmizin əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Litva ilə iqtisadi tərəfdaşlığın inkişafı, biznes subyektləri arasında qarşılıqlı faydalı əlaqələrin, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb. Tərəflər, həmçinin işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi barədə müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [11:16]
Bakıda “Fintex Sammit 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək
- 17.06.2025 [11:11]
AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 17.06.2025 [11:00]
Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib
- 17.06.2025 [10:43]
® Tahir Gözelin Nigeriyada qubernatorla görüşü olub
- 17.06.2025 [10:27]