SİYASƏT
LİTVANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ GƏLƏCƏKDİR
Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 7-8-də Litvanın xarici işlər naziri Viqaudas Uşatskas Azərbaycana rəsmi səfərə gələcəkdir.
Litvanın ölkəmizdəki səfirliyindən bildirmişlər ki, Viqaudas Uşatskas Azərbaycan Milli Məclisində, Xarici İşlər, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərində görüşlər keçirəcəkdir.
Görüşlərdə Azərbaycan ilə Litva arasında münasibətlərin indiki vəziyyəti, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.