İQTİSADİYYAT
Liviya 2011-ci ildən bəri ilk dəfə neft-qaz kəşfiyyatı ilə bağlı tender elan etməyi planlaşdırır
Qahirə, 4 dekabr, AZƏRTAC
Liviya 2011-ci ildən bəri ilk dəfə neft-qaz kəşfiyyatı üçün yeni tender elan etməyi planlaşdırır.
AZƏRTAC “Əl-Arabiyyə” TV kanalına istinadla xəbər verir ki, Liviya Milli Neft Korporasiyasının rəhbəri Fərhat bin Qədarə dünən dekabrın 3-də Qahirədə keçirilən konfransda bildirib ki, korporasiya ilin sonuna qədər yeni neft və qaz kəşfiyyatı tenderini elan etməyi nəzərdə tutur.
Bu, Liviya lideri Müəmmər Qəzzafinin devrilməsindən bəri OPEC üzvü olan ölkədə keçirilən ilk tender olacaq.
Bin Qədarə qeyd edib ki, korporasiyanın gündəlik neft və kondensat hasilatı 1,380.47 milyon barelə çatıb. Korporasiya keçən həftə elan edib ki, Liviyada qaz hasilatı isə 198,19 min barel ekvivalentinə çatıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə