CƏMİYYƏT
ll Bakı Endoskopik Forumu Milli Onkologiya Mərkəzinin nailiyyətlərini göstərməyə imkan yaradır VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Milli Onkologiya Mərkəzində (MOM) ikinci dəfə təşkil edilən Bakı Endoskopik Forumunda yerli həkimlərlə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Yaponiya, Qazaxıstandan olan mütəxəssislər də iştirak edirlər. Tədbirdə respublikanın və digər ölkələrin həkim-endoskopistlərinin, aparıcı tibb işçilərinin öz təcrübələrini bölüşmələri və fikir mübadiləsi aparmaları onkoloji xəstəliklərin müalicəsində daha uğurlu nəticə əldə olunmasına kömək etmək baxımından önəmlidir.
Bu sözləri mərkəzin endoskopiya şöbəsinin rəhbəri Elman İbrahimov AZƏRTAC-a müsahibəsində deyib.
“MOM dünyanın ən tanınmış onkoloji mərkəzləri ilə elmi tədqiqat, kadr mübadiləsi və yeni innovasiyaların tətbiqi sahəsində geniş əməkdaşlıq əlaqələrinə malikdir. Mərkəz müasir avadanlıqla təchiz olunub və onkoloji xəstəliklərlə mübarizədə nailiyyətlərimiz var. Təşkil edilən forum uğurlarımızı göstərməyə şərait yaradır”, - deyə E.İbrahimov qeyd edib.