Londonda “Gənc insan sammiti”nə hazırlıq tədbiri təşkil edilib
London, 27 yanvar , AZƏRTAC
Britaniyada yaşayan Azərbaycanlı Qadınların Assosiasiyası (AWA) və Human Fondu tərəfindən “Gənc insan sammiti”nə hazırlıq tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sammitin həmsədri Nuriyyə Quliyeva 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan tədbir haqqında məlumat verib. Bildirib ki, sammit təhsil, insan kapitalı və innovasiyaların əlaqəsi, onların müasir dövrdə texnologiyalardakı yeniliklər nəticəsində qarşılıqlı təsiri və bir-birini tamamlaması mövzularına həsr olunub.
N. Quliyeva ölkəmizdə keçirilməsi nəzərdə tutulan sammitin önəminə toxunub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London