Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ VİDEO

London, 18 yanvar, AZƏRTAC

Mirkazım Seyidzadə artıq 7 ildir ki, Londonda yaşayır. O, buraya ilk gəldiyi zaman tələbə kimi bir çox çətinliklərlə üzləşib. Həmin təcrübələr onda digər tələbələrə dəstək olmaq üçün təşəbbüs yaratmaq ideyası yaradıb. Mirkazım Londona gəlmə təcrübəsi və mobil tətbiqin yaranma prosesi barəsində AZƏRTAC-ın London bürosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

-Mirkazım, Londona gəldiyiniz ilk günlərdə hansı çətinliklərlə üzləşdiniz? Bu çətinliklər sizə nələr öyrətdi?

-Londona ilk gəldiyim günlərdə hər şey mənim üçün çətin və qarışıq idi. Ev tapmaq, yeni dostlar qazanmaq, tədbirlər və Londondakı imkanlar haqqında məlumat əldə etmək böyük maneələr kimi görünürdü. Buradakı sistem tamamilə fərqli idi və nəyi haradan başlayacağımı bilmək çox vaxt alırdı.

Daha sonra tək olmadığımı gördüm və anladım ki, mənim kimi bura gələn digər tələbələr də eyni problemləri yaşayır. Bu təcrübələr mənə öyrətdi ki, belə vəziyyətlərdə insan dəstək axtarır, düzgün yönləndiriləndə isə hər şey daha asan olur. Məhz bu hisslər məni tələbələr üçün köməkçi bir platforma yaratmağa ruhlandırdı.

Əvvəlcə tələbələr üçün sosial media platformalarında qruplar yaratmağa başladım. Bu qruplar vasitəsilə tələbələr öz aralarında ünsiyyət qurur, ehtiyaclarını paylaşır və bir-birlərinə kömək edirdilər. Mənim üçün bu qruplar təkcə tələbələr arasında əlaqə qurmaq vasitəsi deyil, həm də onların hansı problemlərlə üzləşdiyini anlamaq üçün bir imkan idi.

Qruplarda gördüm ki, bir çox tələbənin yaşadığı çətinliklər oxşardır – ev tapmaq, tədbirlərdən xəbərdar olmaq, akademik məsələlər və ya gündəlik həyat problemləri. Bildim ki, bu qruplar əhəmiyyətli olsa da, onların imkanları məhduddur və daha geniş, daha əlçatan bir platforma yaratmaq lazımdır. 2024-cü ilin əvvəlində bu ideyanı həyata keçirmək üçün dostum Sahib Zülfiqar ilə birləşdik. Sahib də tələbələrin yaşadığı çətinliklərə yaxından bələd idi və biz bu problemi həll etmək üçün birlikdə işləmək qərarına gəldik. İlk günlərdən hər addımı diqqətlə planlaşdırmağa başladıq – texniki tələblərdən tutmuş istifadəçi təcrübəsinə, hətta tətbiqin dizaynına qədər hər bir detalı düşünürdük.

6 aylıq sıx əməkdən sonra, nəhayət 2024-cü ilin iyun ayında “TALAB”ı təqdim etdik. Bu layihə bizim üçün yalnız texniki bir yenilik deyildi, həm də tələbələr üçün əsl dəstək mexanizmi idi. “TALAB”ın təqdim edilməsindən sonra tələbələr bu platforma vasitəsilə bir çox ehtiyaclarını qarşılaya və bir-birlərinə daha asan şəkildə dəstək ola bildilər. Bu nəticəni görmək bizim üçün həm sevindirici, həm də ilhamverici oldu.

-TALAB sözünün mənası nədir?

-“TALAB” sözü həm “tələbə”, həm də “tələb” sözlərinin mənalarını birləşdirir. Bu, bizim əsas missiyamızı – tələbələrin ehtiyaclarını qarşılamağı əks etdirir. Bu adı seçməyimiz təsadüfi deyil; bu ad həm tələbə həyatının mərkəzindəki ehtiyacları vurğulayır, həm də xidmət etdiyimiz auditoriyanın kim olduğunu göstərir. Bizim şüarımız isə bu konsepsiyanı mükəmməl izah edir: “We supply students’ talabs” – “Biz tələbələrin tələblərini təmin edirik”. Bu, təkcə bir ifadə deyil, həm də gördüyümüz işin əsas fəlsəfəsidir.

-Tətbiq indiyə qədər hansı uğurları əldə edib və hazırda istifadəçi bazası necədir?

-Tətbiq hazırda 5 mindən çox aktiv istifadəçiyə malikdir və 20-dən çox tərəfdaş şirkətlə əməkdaşlıq edir. Bu tərəfdaşlar vasitəsilə tələbələrə müxtəlif xidmətlər və imkanlar təqdim edirik. Ən maraqlı məqamlardan biri odur ki, istifadəçilərimizin yalnız 25%-i azərbaycanlı tələbələrdir. Qalan istifadəçilər əsasən ərəb və türk tələbələrdir. Bu fakt onu göstərir ki, tətbiq yalnız bir etnik qrupa deyil, geniş beynəlxalq auditoriyaya xidmət göstərmək potensialına malikdir. Bu, bizim üçün böyük bir uğurdur. Çünki layihəmiz təkcə azərbaycanlı tələbələrin deyil, dünyanın müxtəlif yerlərindən gələn tələbələrin ehtiyaclarını qarşılamaq məqsədini daşıyır.

-Mobil tətbiqin yaradılması prosesində hansı çətinliklərlə üzləşdiniz?

-Ən böyük çətinlik tələbələrin ehtiyaclarını dərindən anlamaq və onların problemlərinə uyğun həllər təqdim etmək idi. Bu, sadəcə “bir tətbiq yaratmaq” deyildi; işin görünməyən tərəfində tələbələrin real ehtiyaclarını analiz etmək və ən uyğun həll yollarını tapmaq dayanırdı.

Texniki məsələlər də öz çətinliyini göstərdi. Tətbiqin funksionallığını təmin etmək, interfeys hazırlamaq və bütün prosesləri mükəmməl şəkildə birləşdirmək üçün çox çalışmalı olduq. Marketinq strategiyasını düzgün qurmaq və maliyyə resurslarını idarə etmək də bizim üçün böyük bir sınaq idi. Lakin bu çətinliklər düzgün planlaşdırma, yaradıcı yanaşma və komanda işinin gücü ilə aradan qaldırıldı.

-Gələcək planlarınız və hədəfləriniz nədir?

-Əsas hədəfimiz Britaniyanın ən yaxşı 10 tələbə tətbiqi sırasına daxil olmaqdır. Bu, sadəcə bir ambisiya deyil, həm də tələbələrə daha keyfiyyətli və genişmiqyaslı xidmət təqdim etmək üçün bir istiqamətdir. Bununla yanaşı, qlobal səviyyəyə çatmaq əsas prioritetlərimizdən biridir. Məqsədimiz, yalnız Böyük Britaniyada deyil, dünyanın müxtəlif ölkələrində oxuyan və yaşayan tələbələrin ehtiyaclarını qarşılamaqdır.

Bu hədəflərə çatmaq üçün davamlı olaraq yeniliklər tətbiq edir, istifadəçilərin rəy və ehtiyaclarını diqqətlə öyrənirik. Tətbiqin funksiyalarını genişləndirmək, yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq və tələbələr üçün daha çox imkanlar yaratmaq üçün ardıcıl işləyirik.

-Tələbələrə tövsiyələriniz nələrdir?

-Tələbələrə ilk tövsiyəm hədəflərini dəqiq müəyyənləşdirmək və planlı şəkildə irəliləməkdir. Hər bir uğurun arxasında yaxşı düşünülmüş bir strategiya dayanır. Böyük Britaniyada oxumaq və yaşamaq istəyənlər üçün vaxt və maliyyə idarəçiliyi xüsusilə vacibdir. Burada həyat ritmi çox sürətlidir və hər bir fürsəti düzgün dəyərləndirmək tələb olunur.

Əlavə olaraq, qorxularınıza qalib gəlməyə çalışın. Hər bir böyük uğur kiçik addımlarla başlayır. İlk addımlar çətin ola bilər, lakin bu, sizi məqsədinizə aparacaq yeganə yoldur. Unutmayın ki, qarşılaşdığınız çətinliklər, əslində, yeni fürsətlərə çevrilə bilər - təki onları düzgün qiymətləndirə biləsiniz.

Sonda, tələbələrə mesajım budur: İnanın ki, iradə və istək ilə hər şey mümkündür. Mən “TALAB”ı yaratmaq prosesində bu dərsi dəfələrlə öyrəndim. Yol heç vaxt asan olmayacaq - texniki, maliyyə və şəxsi çətinliklər mütləq olacaq. Amma əgər məqsədinizə bağlı qalırsınızsa və səbirlə çalışırsınızsa, nəticə bütün zəhmətinizə dəyəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır -  MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlil Xəlilov: İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb

Vüqar Mustafayev “IDEX-2025” sərgisində xarici şirkətlərin rəhbərləri ilə görüşüb

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir

Ərdoğan: Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir

Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib

Almaniyada 166 mindən çox uşaq və gəncin qatıldığı U18 səsverməsində Sol partiya birinci olub

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlərin iqtisadi əlaqələrini gücləndirəcək – ŞƏRH

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

İsveç polisi zorakılıq qurbanı olan 600 uşaq müəyyən edib

Rusiya-ABŞ danışıqları başa çatıb

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

İtaliyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılması üçün katibliyin yaradılması təklif edilir

Bəzi avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib

Şalva Papuaşvili: Məsuliyyətsiz fəal şəxslər Avropanın təhlükəsizlik arxitekturası üçün təhlükə yaradırlar

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub

İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

ABŞ-ın Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub VİDEO

ADPU Daşkənd Universiteti ilə əməkdaşlıq edəcək

® “Birbank”da sərfəli depozit kampaniyası davam edir: qazancınızı 11 faizədək artırın

BDU-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru ilə görüş

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb

ADU tələbələri ilk dəfə olaraq xaricdə təcrübə keçəcəklər

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB VİDEO

Liviya Afrika-Türkiyə Sammitinə ev sahibliyi edəcək

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

Polşa Azərbaycanlıları Şurası və “Citi Bank”ın dəstəyilə Varşava Azərbaycan Evində təlim keçirilib

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

Dövlət Neft Fondu İtaliyanın dəmir yolu operatorundan pay alıb

AQTA: Saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır

Ödənişi gecikdirilmiş 26 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında pavilyonla təmsil olunur

Aqrar Universitet ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm yer tutur

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Qazaxıstanda Şimali Aral dənizinin qorunub saxlanması üzrə layihələr həyata keçirilir

Arxeoloqlar İtaliyada eramızdan əvvələ aid monumental nekropol tapıblar

Azərbaycan Türkmənistanda “Diplomatiya Günü”nə həsr edilmiş beynəlxalq sərgidə təmsil olunub

İranlı nazir: Xəzər regionunun qlobal iqtisadiyyat üçün rolu olduqca əhəmiyyətlidir

® “AccessBank” 100 ən çox vergi ödəyən şirkət sırasında

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirib

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB VİDEO

Müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün təlimlər keçirilib

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir VİDEO

Əlillərin hazırladığı məhsullardan ibarət yarmarka təşkil edilib

Mingəçevir teatrı tamaşaçılarına 4 yeni səhnə əsəri təqdim edəcək

Siyəzənin intensiv meyvə bağlarında daha çox badam və zeytun becərilir

Ötən il Naxçıvanda fəaliyyət göstərən 47 dönərxanada monitorinq aparılıb

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB VİDEO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Münxen Təhlükəsizlik Konfransında iştirak ediblər

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub  YENİLƏNİB 2 VİDEO

Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir

® ABB rəqəmsal bankçılıqda liderdir!

Proqram sistemlərinin keyfiyyət göstəriciləri ilə bağlı tədqiqatlar aparılacaq

İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq

AAYDA: Sürücülərin qış fəslinə hazır olmaları xahiş olunur

Kəngərli rayonunda mina və top mərmisi aşkarlanıb

Vyetnam parlamenti hökumətin yeni tərkibini təsdiqləyib

Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib

Bakı-Balakən-Bakı qatarlarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb

AZAL: Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəblərdən gecikir

Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi başlayıb

Ankarada Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Aktiv istehlakçı modeli Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişafına töhfə verəcək

Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub VİDEO

BDU tələbələri Türkiyənin təqaüd proqramları barədə məlumatlandırılıb

® “Qırmızı Ürəklər Fondu”nun ekoloji təşəbbüsü davam edir: 100 kiloqram batareya toplanıb

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Selim Güven: Xəzər dənizində qurulacaq KES əraziləri ilə bağlı sazişin imzalanması gözlənilir

Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib

Azərbaycanlı UEFA nümayəndəsi Avropa Liqasının oyununa təyinat alıb

ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb

Agentlik direktoru: Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritetdir

Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır

Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb

İndoneziya Nümayəndələr Palatasının sədri: Ölkələrimiz sülhpərvər dəyərlərə malikdirlər

Nəsimi rayonunda hərbi sursat aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən biblioqrafik göstərici çapdan çıxıb

Temperatur 7-10 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ VİDEO

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müzakirə olunub

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub YENİLƏNİB VİDEO

Belarusun nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

“ACWA Power”: Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq

Son 6 ildə bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb

Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsi başlayıb

Viktor Orban suverenliyin birinci dərəcəli əhəmiyyətini vurğulayıb

Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib

Ağıllı suvarma texnologiyasının yaradılması - seminar