LONDONDA TƏHSİL ALAN HƏMYERLİMIZ, SKRİPKAÇI SƏBİNƏ RAKÇEYEVA AVROPA MƏDƏNİYYƏT PARLAMENTİNİN ÜZVÜ SEÇİLMİŞDİR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, London Universitetinin Şərq Ölkələri və Afrika Tədqiqatlar Kollecində təhsil alan həmyerlimiz Səbinə Rakçeyeva Avropa Mədəniyyət Parlamentinin üzvü seçilmişdir.
Avropa Mədəniyyət Parlamenti Avropa ərazisində incəsənət xadimlərini və ziyalıları özündə birləşdirən qurumdur. Yeri gəlmişkən, bu ilin oktyabrında Liverpulda qurumun “Mədəniyyət, mətbuat və demokratiya” mövzusunda 7-ci sessiyası keçiriləcəkdir.
Xatırladaq ki, Qərb və Şərq musiqisinin sintezinə böyük maraq göstərən Səbinə Rakçeyevanın ifasında səsləndirilmiş musiqi parçaları bu yaxınlarda BBC-nin Musiqi Arxivinə daxil edilmişdir. 40-dan artıq ölkənin səhnəsində çıxış etmiş həmyerlimiz təhsil aldığı kollecdə Qərb-Şərq musiqi üçlüyünün (trio) əsasını qoymuşdur və müntəzəm olaraq müxtəlif musiqi proqramları ilə çıxış edir. 2003-cü ildə o, Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumunda musiqiçi gənclər adından çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]