SİYASƏT
“l’Opinion”: Macarıstan və Rumıniya Aİ-nin Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı Fransa və Niderlandın səylərini bloklayır

Budapeşt, 3 oktyabr, AZƏRTAC
Ermənistan Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “l’Opinion” nəşri yazır.
Nəşrin materialında qeyd olunub: “Ermənistanın Avropa İttifaqındakı səfiri Aİ-yə Azərbaycan neftinin və qazının qiymətlərinin məhdudlaşdırılması, hətta Bakı ilə münasibətlərin möhkəmləndirilməsi üzrə danışıqların dayandırılmasını təklif edib”.
“l’Opinion” diplomatik mənbələrə istinadla xəbər verir ki, “Fransa və Niderland sərt tədbirlərin görülməsi imkanlarının nəzərdən keçirilməsini istəyir, eyni zamanda, digər ölkələr, məsələn, Macarıstan və Rumıniya bu təşəbbüsün əleyhinə çıxış edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt