COP29
Lucille Apis Overhoff: Biz COP29-dan ölkəmizin gələcək taleyini həll edəcək dəyişikliklər gözləyirik VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Mən xəritədə belə görünməyən kiçik bir ada dövləti olan Mikroneziyadanam. Biz bu COP-dan öz ölkəmizin gələcək taleyini həll edəcək dəyişikliklər gözləyirik.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Mikroneziya Federativ Ştatlarının İqlim Dəyişikliyi üzrə Dövlət katibinin köməkçisi Lucille Apis Overhoff dedi.
“Demək olar ki, bizim həyatda qalmaq şansımız bu COP-dan asılıdır. Bizim xalqımızın doğma torpaqlarında həyatlarını davam etdirməsi üçün COP29-dan önəmli nəticələr gözləyirik. Çünki dənizin səviyyəsi getdikcə qalxır və bu bizim ada dövlətimiz üçün təhlükə yaradır”, - deyə o bildirib.