LÜTFİ ZADƏ: “BAKIYA SƏFƏRİM ZAMANI EŞİTDİKLƏRİM VƏ GÖRDÜKLƏRİM MƏNİ VALEH ETMİŞDİR”
AZƏRTAC xəbər verir ki, ABŞ-da yaşayan həmvətənimiz, dünya şöhrətli alim, Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevə məktub göndərmişdir.
Lütfi Zadə yazır: “Göstərdiyiniz xoş, səmimi münasibətinizə və qiymətli vaxtınızı mənə ayırdığınıza görə sizə təşəkkürümü bildirirəm. Sizinlə müxtəlif məsələləri müzakirə etmək mənim üçün xoş idi, fəaliyyətinizlə bağlı müəyyən təsəvvürlərə malik oldum. Bakıya səfərim zamanı eşitdiklərim və gördüklərim məni valeh etdi. Ölkədə müşahidə olunan tərəqqi hər yerdə aydın hiss olunurdu. Sevinc hissi ilə bildirirəm ki, qədim ənənələrdən olan elm və mədəniyyətə hörmət hələ də mövcuddur. Bu, mənim unudulmayacaq səfərlərimdən biri idi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]