Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır



Budapeşt, 15 fevral, AZƏRTAC
Coğrafi mövqeyinə görə Macarıstanın regionun logistika mərkəzinə çevrilməsi yaxşı fikirdir.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto söyləyib. O, tezliklə Mişkoltsda (ölkənin şərqi) “Bosch” şirkəti tərəfindən ümumavropa logistika bazasının açılışının reallaşacağını elan edib.
54 milyard forint (1 avro = 405 forint) sərmayə çərçivəsində “Bosch” burada 10 hektar ərazisi olan anbar bazası yaradacaq: “Bu andan etibarən “Bosch” şirkətinin bu anbardakı məhsulları 26 ölkəyə göndəriləcək”, - deyə diplomat bildirib.
Siyarto həmçinin qeyd edib ki, Macarıstan Avropanın logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində daha bir addım atıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt