Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

Bakı, 24 may, Mikayıl Məmmədov, AZƏRTAC

Mahir Tağızadə Azərbaycanın gənc opera müğənniləri nəslinin ən görkəmli nümayəndələrindən biridir. Güclü bariton və zəngin səhnə ifaçılığı ilə o, həm ölkə daxilində, həm də xaricdə tanınır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, mötəbər festivalların iştirakçısı Mahir Tağızadə dünya opera məkanına doğru inamla irəliləməklə yanaşı, milli musiqi ənənələrinə sadiq olaraq qalır.

Vokalçı AZƏRTAC-a müsahibəsində musiqiyə atdığı ilk addımlarından, səhnənin onun üçün nə demək olduğunu, hansı rollarla xüsusi bağlılıq hiss etdiyini, dünya opera sənətinin zirvələrinə gedən yolda hansı arzuların onu ruhlandırdığından danışıb.

- Mahir bəy, opera səhnəsi ilə ilk görüşünüzün necə olduğunu və onun sizdə hansı iz buraxdığını xatırlayırsınızmı?

- Mən əslində onu xatırlayıram, çünki uşaq olanda anam bizi teatra - Kukla Teatrına, Gənc Tamaşaçılar Teatrına və əlbəttə ki, Opera Teatrına aparmağı çox sevirdi. Mən ilk tamaşamı xatırlayıram – bu, “Şah İsmayıl” idi. Səhnənin sehri məni həmişə özünə cəlb edib.

Musiqi məktəbində oxuyarkən əvvəlcə vokalla heç bir əlaqəm yox idi. Bir müddət sonra qərara gəldim ki, vokal istiqamətində - akademik oxumada davam etmək istəyirəm və hər şey belə başladı.

- “Şah İsmayıl”a baxanda xüsusilə nəyi xatırlayırsınız?

- Xalq artistimiz rəhmətlik Şahlar Quliyevi, onun ifasını xatırlayıram. Mən bu tamaşanı teatra gəlməmişdən və ya konservatoriyada oxumamışdan əvvəl görmüşəm. Bu, musiqi məktəbində oxuyanda idi. Onun ifası, duyğuları, ifa etmə texnikası - bütün bunlar həmişə musiqisevərlərin diqqətini cəlb edib.

Amma həyatımda əsas məqam təkcə teatrla əlaqəm deyildi. Müslüm Maqomayevin ölümü də vacib məqam idi. Çünki düzünü desəm, tez-tez teatra getməyimizə baxmayaraq, yaşım az olduğu üçün Müslüm Maqomayevin kim olduğunu bilmirdim. Onun ölümündən sonra müğənniyə, şəxsiyyətə hörmətin və sevginin nə olduğunu gördüm. İnsanlar onu son səfərinə yola salmağa çıxdılar - bunu yaxşı xatırlayıram. O zaman bütün ölkədə radio və televiziyada “Azərbaycan” səslənirdi.

- Karyeranızda ən mühüm mərhələlər hansı olub?

- Bakı Musiqi Akademiyasını, keçmiş konservatoriyanı bitirdikdən sonra teatra daxil olmaqda çətinlik çəkdim. Bu, ən yaddaqalan an idi: sən səy göstərirsən, çalışırsan, amma alınmır. Sonra ani bir dəyişiklik dalğası və sən ora düşürsən. Bu, mənim üçün xüsusilə əhəmiyyətli idi. Sonra, təbii ki, maestro Yalçın Adıgözəlovun rəhbərliyi ilə teatrda ilk çıxışım. İlk tamaşam Cakomo Puççininin “La Boheme” əsəri olub.

Mən Benua rolunda, Eduard Martınük, Vladimir Qromov, Tural Ağasıyev, Əkrəm Poladov kimi sənətkarlarla çıxmışam. Orada əsasən qastrol ifaçıları olurdu. Bu, çox məsuliyyətli və yaddaqalan bir an idi.

Daha sonra - mənim ilk baş rolum, Aleko. Teatr bu partiyanı mənə etibar etdi və biz bəstəkarın yubileyi münasibətilə tamaşa hazırladıq.

Sonra yeni direktor Yusif Eyvazovun gəlişindən sonra Moskva Konservatoriyasının səhnəsində onun solo konsertində iştirak etdim. Bunlar vacib hesab etdiyim müəyyən mərhələlərdir. Bütün bunlar yeni bir nəyəsə müəyyən təkan verdi.

- Operada hansı obraz və ya hissə sizə xüsusilə yaxındır və niyə? Onun ifasında ən çətin nə idi – texniki ustalıq, yoxsa emosional tərəfi?

- Mən deyərdim ki, bu Alekodur. Ola bilsin ki, bəziləri üçün bu qəribə səslənsin, amma Alekonun partiyası mürəkkəbdir. İndiki vaxtda onu adətən bas-baritonlar və ya baslar ifa edirlər. Baritonlar bunu nadir hallarda ifa edirlər, çünki yaxşı səslənmək üçün yaxşı təbii “bəmlərə” sahib olmaq lazımdır. Bu, ifanın mürəkkəbliyinin texniki tərəfidir.

Amma partiya mənə yaxındır. Mən də onun kimi, süni heç nəyi sevmirəm. O sevir - mən də sevirəm. Nə edirəmsə, nə ilə məşğul oluramsa. Təbii ki, orada Zemfiraya - müəyyən bir şəxsiyyətə sevgi var idi. Amma mənim həyatımda da buna bənzər nəsə olub, ona görə də Aleko mənə yaxındır.

Emosional mürəkkəbliyə gəlincə, mənim xəyanətə reaksiyamdır. Bu, mürəkkəbdir. Mən həyatımda bununla üzləşmişəm, amma Aleko kimi o dərəcədə deyil. Mənim reaksiyam, məncə, onun qədər qəddar olmazdı. Onun son ifadəsi “yenə tək, tək” – mən də həyatda həmişə təkəm... Çünki biz hamımız hansısa anda tək qalırıq. Kimə güvənməyindən, kimi sevdiyindən asılı olmayaraq, elə bir an gəlir ki, bu insanlar gedir və sən yenə tək qalırsan.

- Siz həm klassik, həm də müasir repertuarı ifa edirsiniz. Bunlardan hansı sizə daha yaxındır?

- Klassik bəstəkarların əsərlərini ifa etməyə üstünlük verirəm. Amma bu o demək deyil ki, müasirləri sevmirəm. Sevirəm. Sadəcə, yaşıma görə, mənə elə gəlir ki, yalnız müasir musiqi ifa etmək iddiası mənim tərəfimdən qeyri-peşəkarlıq və təcrübəsizlik olardı. Bu hətta səsə zərər vura bilər. Əlbəttə ki, hər şey bəstəkardan asılıdır. Hətta klassik musiqi ifa edəndə də “Sən bunu götürməyə də bilərdin. Bu, tezdir” deməsinlər deyə, səsə xələl gətirməmək, boşluq hissi yaşamamaq üçün detalları diqqətlə təhlil etməyə çalışıram. Mən belə şərhlərə adekvat şəkildə yanaşıram. Həmişə tənqidə açığam - bu, mənə inkişaf etməyə kömək edir.

Müasir musiqiyə gəlincə, Azərbaycan bəstəkarlarımızın əsərlərini ifa etmişəm və edirəm. Onların dəstəyə ehtiyacı var. Təəssüf ki, bir çox müğənnilər bu repertuardan imtina edirlər. Razılıq verənləri barmaqla saymaq olar. Buna görə də müəlliflərimizi dəstəkləməyə çalışıram. Mən klassik və müasir musiqi arasında balans saxlamağa çalışıram. Proqramın kontekstindən asılı olaraq müasir xarici bəstəkarların əsərlərini də ifa edirəm. Amma ilk növbədə bəstəkarlarımızı dəstəkləməyə çalışıram. Bizim böyük problemimiz ondan ibarətdir ki, bəstəkarlar əsərlərini reallaşdıra bilmirlər - platformalar, tamaşaçılar yoxdur. Onlar yaratmaq istəyirlər. Bu isə onlar üçün motivasiyadır. Hesab edirəm ki, özünə hörmət edən hər bir musiqiçi belə insanlara dəstək göstərməlidir. Biz hamımız bir-birimizdən asılıyıq.

- Çıxışlarınız zamanı gülməli və ya məzəli hadisələr olubmu?

- Əlbəttə, o qədər olub ki! Ən maraqlıları arasında ilk dəfə Leonid Vaynşteynin “Zoluşka” uşaq operasını ifa etdiyimi xatırlayıram. Mən dekorasiya ilə məşq etməmişdim və elə tamaşa zamanı tamaşaçıların gözü qarşısında kamin düşdü. Mən çox qorxdum – bu, orkestrlə ilk çıxışım idi, balet çıxırdı, hər şey televiziyada çəkilirdi. Bu mənim yaddaşımda qaldı.

Xalq artistimiz rəhmətlik Əli Əsgərovla da bir an oldu. “Şah İsmayıl” operasının tamaşası zamanı biz nədənsə səhv vaxtda səhnəyə çıxdıq. Qarışıq saldıq. Tamamilə yersiz çıxdıq. Belə hallar çoxdur...

- Siz dəfələrlə Azərbaycanı beynəlxalq səhnələrdə təmsil etmisiniz. Belə anlarda hansı hisslər keçirirsiniz? Dünya opera səhnəsində ölkənizin səsi olmaq sizin üçün nə dərəcədə vacibdir?

- Təəssüf ki, dünyanın digər ölkələrini də nəzərə alsaq, musiqimizi, mədəniyyətimizi dünya səhnələrində təmsil edən gənc musiqiçilərimiz çox azdır. Buna görə də məsuliyyət böyükdür. Vətənimi beynəlxalq arenada, müsabiqələrdə, proqramlarda, konsertlərdə təmsil etmək mənim üçün böyük məsuliyyətdir. Mövcud geosiyasi vəziyyəti və dövrün çətinliklərini nəzərə alaraq hesab edirəm ki, indi elə çıxış etmək, ölkəmizi elə təmsil etmək çox vacibdir ki bu yadda qalsın.

İlk müsabiqələrimi xatırlayıram, o zaman Azərbaycanı yalnız keçmiş sovet ölkəsi kimi tanıyırdılar, indi isə mədəni zirvələri və bütün dünyada tanınan görkəmli şəxsiyyətləri olan müstəqil, güclü, qalib ölkə kimi tanınır. Ölkəmizi təmsil etmək, mədəniyyətimizi dünyaya tanıtmaq – bu missiyadır.

Bu yaxınlarda Almatıdakı Abay Opera Teatrında “İpək Yolları” konserti oldu – bizim əsərlərimiz səsləndirildi. Bundan başqa, yaxın zamanda Norveçdən olan bir müğənni kamera əsərlərimizi ifa edirdi. Axı bu gözəldir. Biz də elə təbliğ edə bilərik ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev dünya səhnəsində səslənsin.

- Belə anlarda səhnədə hansı hissləri yaşayırsınız?

- Qürur hissi. Əsas odur ki, ölkəmizi layiqincə, yüksək səviyyədə təmsil etmək. Məsələn, Almatıda keçirilən Bibigül Tulegenova adına vokalçıların beynəlxalq müsabiqəsində mən Qran-pri qazandım. Müsabiqə tarixində ilk dəfə olaraq Azərbaycan qalib gəldi. Bu xoşbəxtlik və qürurdur.

- Dünya səhnələrindən söz düşmüşkən, hansı səhnədə çıxış etməyi xəyal edirsiniz?

- İndi bayağı səslənə bilər, amma bu, La Skaladır. Niyə? Çünki biz klassik müğənnilər üçün bu...

- Geştalt?

- Bəli. Baxmayaraq ki, başqa maraqlı səhnələr də var, amma nədənsə ora məni çəkir. Mən hətta bəzi məqamlarda La Skalanı bizim teatrla bərabər tuturam. Hazırda teatrımızda bərpa işləri gedir, təmir işləri başa çatdıqdan sonra o daha da gözəlləşəcək. La Skala kiçik, lakin simvolikdir. Çox ümid edirəm ki, bu məqsədə nail ola biləcəyəm. Ondan sonra Metropoliten-Opera. Gələcəkdə isə nədənsə Sidney Opera Teatrına getmək xəyal edirəm. O mənim üçün çox maraqlıdır.

- Tutaq ki, xəyallarınızın səhnəsində çıxış edirsiniz, kiminlə duet oxumaq istərdiniz - keçmişdən, yoxsa indidən?

- Qadınlardan - Mariya Kallas və ya Yelena Obraztsova ilə. Mezzo və soprano üçün çoxlu gözəl duetlər var. Kişilərdən - Yusif Eyvazovla, amma direktorum olduğu üçün deyil. Şadam ki, artıq onunla çıxış etmək imkanım olub. Yenə də şans olarsa, məmnuniyyətlə təkrar edərəm.

- Yaxın gələcəkdə hansı yaradıcılıq hadisələri gözlənilir?

- Bu yaxınlarda İstanbulda keçirilən beynəlxalq “Belveder” müsabiqəsində, seçmə mərhələdə iştirak etmək şərəfinə nail oldum. İndi nəticələri gözləyirəm. Avropaya da bəzi səfərlər gözlənilir - konkret cavablar gözləyirəm. Bundan başqa, teatrımızda iki tamaşa planlaşdırılır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilk dəfə olaraq Soçidə Cakomo Puççininin “Turandot” operasını nümayiş etdirməyə hazırlaşır. O, bizim repertuarımızda belə yox idi - biz tamaşa hazırlayırıq. Həmçinin artıq səhnələşdirdiyimiz “Qaratoxmaq kraliçası”. Əgər alınsa, sentyabrda Bolqarıstana gedəcəyəm - Rayna Kabaivanskanın ustad dərslərində iştirak etməyi planlaşdırıram. O, məşhur sopranodur və mən ondan nəisə öyrənməyi çox istərdim. Ümumiyyətlə, hər kəsdən nəsə öyrənməyə çalışıram. Biz, müğənnilər, süngər kimi olmalıyıq - hamıdan nəsə öyrənməliyik.

- İfanızdan sonra tamaşaçıların nə hiss etməsini istərdiniz?

- Müəllimim həmişə deyirdi: elə oxumalısan ki, görə bilməyən görə bilsin, bu mənzərəni təsəvvür edə bilsin, eşidə bilməyən sənin səsini “eşidə” bilsin, danışa bilməyən isə heyran olduğuna görə danışsın. Məqsədim elə bir şəkildə ifa etməyə çalışmaqdır ki, hər bir tamaşaçının “qəlbinin tellərinə toxunsun”. Yaxud, deyək ki, komik və ya faciəli bir əsərdirsə - təkcə oxumaqla deyil, həm də aktyor kimi oyunla iz qoymaq. Hər nüansı vurğulayacaq şəkildə ifa etmək. Axı, tamaşaçı, xüsusən də dili bilmirsə, heç də həmişə konteksti başa düşmür. Amma mən personajın hisslərini aktyorluq, nüanslar, üz ifadələri ilə çatdırmağa çalışıram ki, insan nələr yaşadığını hiss etsin. Bu mənim üçün çox vacibdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

İranda 2 nəfər casus ələ keçirilib

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib

Roma Papası dünyada sülh üçün çağırış edib

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Vasili Berezutski “Sabah” klubundan ayrılmasının səbəbini açıqlayıb

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

İran İsrailə 50 ballistik raket atıb

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşünün digər iştirakçısı da Azərbaycana gəlib

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

Şıx çimərliyində iki nəfər batıb YENİLƏNİB

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

İranın xarici işlər naziri: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Prezident İlham Əliyevə təşəkkür edirik – Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri

Təbiət və gözəllik şairi

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Efkan Ala: Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Azərbaycanın 13 yaşlı şahmatçısı dünya çempionatında Hikaru Nakamuraya qalib gəlib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

“Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

İyunun 15-i Ümumdünya Külək Günüdür

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Hindistanda helikopter qəzaya uğrayıb

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb

Bələdiyyə sədri: Azərbaycan məhəlləsi Kahramanmaraşın görkəmini dəyişdi

İordaniya yenidən hava məkanını bağlayıb