Mahmadtoir Zokirzoda: Asiya PA-nın Bakı sessiyası parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsində mühüm addım olacaq

Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Tacikistan Prezidenti adından Prezident İlham Əliyevə təbriklərimi çatdırır, uğurlar arzu edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında deyib.
O bildirib ki, Tacikistan davamlı birgə inkişaf üçün qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Regionun nəqliyyat və tranzit potensialı yaxşılaşdırılmalı, enerji sahəsi, eyni zamanda, yaşıl enerjinin inkişafı diqqətdən kənar qalmamalıdır. Regional ticarətin artırılması üçün qəbul edilən qanun və qərarların sayının artırılmasına böyük əhəmiyyət verilməlidir. Təhlükə və təhdidlər ilə mübarizə, sülhün və sabitliyin möhkəmləndirilməsi üzrə işlərin əlaqələndirilməsinə ehtiyac var.
“İnanıram ki, bugünkü tədbir parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsində mühüm addım olacaq”, - deyə Mahmadtoir Zokirzoda qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2025 [17:38]
Siyasi dialoq: qazanan kimdir? TƏHLİL
- 30.04.2025 [16:16]