Malayziya hökuməti sabiq Baş nazirin partiyasının fəaliyyətini dayandırıb
Tokio, 6 aprel, AZƏRTAC
Malayziya hökuməti sabiq Baş nazir Mahathir Mohammadin müxalifət partiyasının 30 gün müddətinə fəaliyyətini dayandırmağı tapşırıb.
AZƏRTAC xəbər verir ki, hökumət bu barədə qərarı qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulan ümumi seçkilər ərəfəsində qəbul edib. Hökumət bəyan edib ki, Mahathirin rəhbərlik etdiyi “Malayziya Torpağı Oğullarının Birləşmiş Partiyası” mitinqlər keçirmək üçün lazımi sənədləri təqdim etməyib.
Mahathir həmin seçkilərdə dörd müxalifət partiyasının nümayəndəsi kimi Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırırdı. Lakin qanuna görə, seçkilər onun partiyasının fəaliyyətinin dondurulduğu dövrdə keçirilərsə, bu zaman o seçkilərə qatıla bilməyəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]