Maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım
Bakı, 24 aprel, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış İşçi Qrupuna daxil olan təşkilatların birgə fəaliyyəti nəticəsində "Günay Bank" ASC təmsil olunduğu "Sumqayıt ASAN" mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminal quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və bir sıra büdcə ödənişlərinin nağdsız formada ödənilməsi artıq mümkündür.
Digər "ASAN xidmət" mərkəzlərində də nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]