İQTİSADİYYAT
Maliyyə-kredit təşkilatları tərəfindən 9,1 milyard manat məbləğində kredit verilmişdir
Bakı, 22 sentyabr (AZƏRTAC). Cari ilin avqust ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi 9,1 milyard manat olmuş, kredit qoyuluşunun 34,8 faizi dövlət, 62,6 faizi özəl banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, verilmiş kreditlərin 6,1 milyard manatını və ya 66,9 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 6,4 faizinin ödənilmə vaxtı keçmişdir.