İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104013518 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 8,196,700.00 AZN təşkil edib. Sifarişlər 83.6175 manat (19.7001 faiz) və 91.3500 manat (9.5212 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91.3500 manat (9.5212 faiz) orta ölçülmüş qiyməti 91.3500 manat (9.5212 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar sentyabrın 7-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,473,400.00 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2017-ci il sentyabrın 5-dir.
Həmin gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012512 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 2 investor tərəfindən 4 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2,953,500.00 manat olub. Sifarişlər 91.5140 manat (18.6994 faiz) və 94.9200 manat (10.7924 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.9200 manat (10.7924 faiz) orta ölçülmüş qiyməti 94.9200 manat (10.7924 faiz) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar sentyabrın 7-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 1,053,500.00 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2017-ci il martın 7-dir.