MƏDƏNİYYƏT
Marneulidə “Bir vətənin övladıyıq” adlı rəsm sərgisi təşkil olunub





Tbilisi, 16 iyul, AZƏRTAC
Gürcüstandakı “Qrinviç” Təhsil Mərkəzinin Marneuli Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində yeniyetmə və azyaşlı rəssamların “Bir vətənin övladıyıq” adlı rəsm sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə 4 yaşdan 13 yaşa qədər uşaqların 100-ə yaxın rəsmləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Qrinviç” Təhsil Mərkəzinin rəhbəri Anna Allahverdiyeva sərginin məqsədindən danışıb. Bildirib ki, sərgidə nümayiş edilən rəsmlər azyaşlıların vətən sevgisinin bariz nümunəsidir.
Rəssam Günel Zeynalova əməkdaşı olduğu "Qrinviç" mərkəzinin istedadlı yeniyetmələrinin ictimaiyyətə tanıdılması istiqamətində böyük səylə çalışdığını qeyd edib, sərgini yeniyetmə və azyaşlı rəssamların uğuru kimi səciyyələndirib.
Tədbirin sonunda "Qrinviç" mərkəzinin rəqs ansamblı gürcü rəqsi ifa edib, fərqlənən yeniyetmələrə sertifikat və hədiyyələr təqdim olunub.
Tbilisi