Martda qeyri-neft sektoru üzrə ixracın dəyəri 133,7 milyon dollara çatıb
Bakı, 30 aprel, AZƏRTAC
Mart ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 133,7 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında deyilir.
Bildirilir ki, martda qeyri-neft sektoruna aid ən çox məhsul Türkiyəyə (35,7 milyon dollar), Rusiyaya (33,3 milyon dollar) və Gürcüstana (13,2 milyon dollar) ixrac olunub.
Hesabat ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon dollar) ilk sırada qərarlaşıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 12,3 milyon dollar) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon dollar) üçüncü yeri tutub.