Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri ağacəkmə aksiyasına qoşulublar
Masallı, 11 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda martın əvvəllərindən başlanan ağacəkmə kampaniyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri də rayonda keçirilən ağacəkmə aksiyasına qoşulublar.
Kollecin kollektivi Viləş çayının sahili boyu 1600 ədəd müxtəlif növ ağac əkiblər.
Aksiya zamanı, həmçinin əvvəllər əkilmiş ağaclara və yaşıllıqlara da qulluq göstərilib.