MASALLI RAYONUNUN HƏSƏNLİ KƏNDİNDƏ ELEKTRON TİPLİ ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Masallı rayonunun Həsənli kəndində 768 nömrəlik yeni elektron tipli Avtomat Telefon Stansiyası (ATS) istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, «Aztelekom» İstehsalat Birliyinin məsul işçisi Həzrətqulu Məmmədov, kəndin ağsaqqaları, rabitə işçiləri çıxış edərək ümummilli liderimizin şərəfli və mənalı ömrünün bütün nəsillərə örnək olduğunu vurğulamışlar Natiqlər regionlarda sosial məsəllərin həllinə və əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:37]
Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək
- 09.06.2026 [12:55]