MASALLI ŞƏHƏRİNDƏ “ELDAR OĞULLARI” MEBEL EVİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Masallı şəhərində “Eldar oğulları” mebel evinin açılışı olmuşdur.
İkimərtəbəli yeni xidmət obyektində 40 nəfər işlə təmin edilmişdir. Burada alıcılara dünyanın müxtəlif ölkələrində və Azərbaycanda istehsal olunmuş yüksək keyfiyyətli mebellər təklif olunur.
Mebel evinin cənub bölgəsinin digər rayonlarında da filiallarının açılması nəzərdə tutulmuşdur.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, yerli iş adamı Eldar Salmanov, şəhər sakinlari və ictimaiyyətin nümayəndələri çıxış edərək regionlarda sahibkarlığın inkişafına göstərilən qaygıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]