MASALLIDA AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ 90 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Masalı şəhər mədəniyyət evinin qarşısındakı meydanda 28 May - Respublika gününü bayram edən yüzlərlə şəhər sakini böyük öndərin abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev xalqımızın çoxəsrlik müstəqillik arzusunu gerçəkləşdirən Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik təcrübəsindən və uzun illər imperiya əsarətində yaşamış xalqımızın milli varlığını qorumaq üçün apardığı mübarizədən danışmış, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyimizin məhv olmaq təhlükəsindən xilas olduğunu, Prezident İlham Əliyev tərəfindən müstəqilliyimizin qorunmasına xidmət edən siyasi kursun layiqincə davam etdirildiyini bildirmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.