SİYASƏT
Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin sevinci yaşanır
Masallı, 30 dekabr (AZƏRTAC). Ölkəmizin hər yerində olduğu kimi, Masallıda da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin sevinci yaşanır. Bu münasibətlə dekabrın 30-da Nizami Gəncəvi adına Masallı Şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallı sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik etmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və əhəmiyyətindən, Ulu Öndərin milli birlik və həmrəyliyin möhkəmləndirilməsində tarixi xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan dünyaya səpələnmiş 50 milyonluq xalqımızın vahid dövləti, Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının vahid lideridir.
Çıxış edənlər diasporumuzun təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsi istiqamətində görülən işləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.
Bayram şənliyi rayonun bədii özfəaliyyət kollektivlərinin və tanınmış musiqiçilərin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.