CƏMİYYƏT
Masallıda evdə baş vermiş yanğının yayılmasının qarşısı alınmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Masallı şəhərinin Qızılavar kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, altıotaqlı fərdi evdə yanğın baş vermişdir.
Hadisə nəticəsində evin ikinci mərtəbəsində bir otağın 70 kvadratmetri və dam örtüyünün 60 kvadratmetr sahəsi yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, evin qalan hissəsini yanğından mühafizə etmişlər.
Goranboy rayonunun Xanqərvənd kəndində isə ümumi sahəsi 147 kvadratmetr olan tövlədə baş vermiş yanğın həmin tikilinin dam örtüyünün yanması ilə nəticələnmişdir.
Yanğınsöndürənlər alovu söndürmüş, yanğının tövlənin qalan hissəsinə keçməsinə imkan verməmişlər.
Hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.