REGİONLAR
Masallıda gənclər arasında atletika üzrə “Könüllülər kuboku”nun qalibləri məlum olub



Masallı, 26 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər mərkəzi stadionunda koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla gənclər arasında atletika üzrə “Könüllülər kuboku” yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışın yekun nəticələrinə əsasən Əmrah Abuşov birinci, Heydərəli Quliyev ikinci, Samir Əliyev üçüncü yerlərə layiq görülüblər. Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması bağlı ölkəmizdə, o cümlədən Masallıda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, yarış iştirakçılarına yeni-yeni qələbə sevincləri arzulayıb.