REGİONLAR
Masallıda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb


Masallı, 8 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı rayon sakini R.Əmirova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə R.Əmirovun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
R.Əmirovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.